“Lumenis” Beynəlxalq lazer epilyasiyası və kosmetologiya salonları şəbəkəsi 2007 – ci ildə yaradılmışdır və hal hazırda bütün Avropa üzrə 20 –dən artıq filiala malikdir. 2012 – ci ildən “Lumenis” sahənin ən yaxşı şirkəti kimi “İlin seçimi” mükafatına müstəsna olaraq layiq görülür.Bir milyondan artıq müştəri, ən yaxşı dünya istehsalçılarından müasir qabaqcıl avadanlıq, ali tibbi təhsilli həkimlər və keyfiyyətli Avropa xidməti “Lumenis” şirkətinə estetik xidmətlər bazarında lider mövqeyini tutmaq imkanını yaratdı.

Azərbaycanda müasir gözəllik sənayesində lazer epilyasiyası – arzuolunmaz tüklərin aradan qaldırılması üçün ən effektiv və tamamilə təhlükəsiz metod olub dəri örtüyünə mənfi təsir etmir. Bədən tüklərinin maksimal dərəcədə (90-100%) aradan qaldırılması üçün orta hesabla 8 – 10 lazer epilyasiyası prosedurundan ibarət kurs tələb olunur ki, bu prosedurlar 30 gündən (2 – ci prosedur) 4 aya qədər (7 – ci prosedur) interval ilə həyata keçirilir. Seansların sayı fərdi göstəricilərdən – hormonal fonun vəziyyətindən, tükdə melanin həcmindən asılıdır. “Lumenis” mərkəzlərində Lumenis Light Sheer ЕТ və Lumenis Light Sheer Desire innovasiya sistemi tətbiq olunur. Bu, bədənin istənilən sahəsindən tüklərin maksimal dərəcədə effektiv, təhlükəsiz və sürətli şəkildə aradan qaldırılması üçün güclü və yüksək məhsuldarlığa malik diodlu lazerdir.

Lazer epilyasiyası zonalarının təsviri

üz lazer epilYAsiyasinin təsViri

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

TÖVSİYƏ OLUNAN PROSEDUR QRAFİKİ

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

LAZER EPİLYASİYASININ AŞKAR VƏ MÜBAHİSƏ OLUNMAYAN ÜSTÜNLÜKLƏRİ

  • Tam təhlükəsizlik. Dəriyə zərərli kimyəvi təsir yoxdur, heç bir kərckin qızartı, çatılar, qıcıqlanmalar və ya allergik reaksiyalar baş vermir. Lazer şüası cəmi 2 – 3 mm dərinin altına daxil olur (tük follikulunun yerləşdiyi dərinlik).
  • Prosedurun ağrısız həyata keçirilməsi imkanı. Bu prosedur, hətta bikini sahəsinin lazer epilyasiyası zaman və ya dodağın üstündə olan tüklərin aradan qaldırılması zaman pasiyentə komfort təmin edən yeganə prosedurdur.
  • Diod lazeri ilə bir neçə epilyasiya seansının həyata keçirilməsindən sonra bədəndə cəmi 3 - 4% tük qalır. Bu cür yüksək effektivliyə məlum metodikalardan heç biri malik deyil.
  • Lazer epilyasiyası istər qadınlar üçün, istərsə də kişilər üçün ideal metoddur.
  • Effektin maksimal davamiyyət müddəti, orqanizmin fərdi xüsusiyyətlərindən, insanın yaşından, tüklərin strukturundan və prosedurun həyata keçirilmə keyfiyyətindən asılı olaraq epilyasiya edilmiş sahənin dərisinin mükəmməl hamarlığı bir ildən yeddi ilə qədər davam edə bilər. Bu, heyrətləndirir, deyilmi?
  • Prosedurun qısa müddət ərzində həyata keçirilməsi. Məsələn, ayaqların lazer epilyasiyası təxmini olaraq 40-60 dəqiqə, üst dodağın tüklərinin epilyasiyası isə 10 dəqiqə davam edir.
  • Bitmiş tüklər problemi mövcud olan halda effektivlik.
  • Yoxlanılmış və sübuta yetirilmiş fakt ondan ibarətdir ki, keyfiyyətli lazer epilyasiyası – bədəndə arzuolunmaz tüklərlə mübarizənin maddi baxımdan ən sərfəli metodudur.

Bütün bunlar Mərkəzimizin hər bir müştərisinə lazer epilyasiyasının yüksək keyfiyyətinə və nəticə etibarılə nadir mükəmməlliyinə zəmanət vermək imkanını verir.

LAZER EPİLYASİYASI PROSEDURU NECƏ HƏYATA KEÇİRİLİR ?

Lumenis Light Sheer ET və Lumenis Light Sheer Desire Diod sisteminin istifadəsi lazer epilyasiyası proseduru ideal hamar dəri haqqında xəyalların effektiv şəkildə həyata keçirilməsidir. Bu prosedur bir neçə mərhələdən ibarətdir: seansdan əvvəl həkim dərinin növü, rəngi, tüklərin strukturu, müştərinin sağlamlığı və onun orqanizminin xüsusiyyətləri haqqında tələb olunan informasiyanı əldə edir. Kompyüter proqramı hər müştəri üçün parametrləri fərdi şəkildə müəyyən etmək imkanını verir. Epilyasiya edilən zonaya həkim incə strukturlu şəffaf gel çəkir ki, bunun sayəsində aparatın lingi dərinin üzərində səlis şəkildə hərəkət edir və bununla da prosedurun effektivliyi artır, eləcə də, lazerin dəriyə mənfi təsiri istisna olunur. Cihazın manipulyatorunda yaqut şüşədən başlıq quraşdırılmışdır ki, bu da dəri örtüyünün isinməsinə yol verməmək üçün nəzərdə tutulmuşdur işıq şüaları tük soğanağını effektiv şəkildə parçalayır və onun ləğv olmasına gətirib çıxarır. Prosedurdan sonra həkim lazerlə işlənmiş sahəyə yumşaldıcı aerozol – krem çəkir.

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü