Hər bir dövrdə qadın gözəlliyinin müəyyən etalonları mövcud olmuşdur. 21 – ci əsrdə bu etalonlar kifayət qədər fərqlidir, lakin, buna baxmayaraq, əsas məqamlar da mövcuddur. Əvvəllər danışılmayan, hətta bəzi hallarda gizli saxlanılan məsələlərə bu gün müəyyən forumlarda müzakirələr həsr olunur. Müasir qadınlar və kişilər üçün bikini zonasında tüklərin aradan qaldırılması intim qulluğun ayrılmaz hissəsinə çevrilmişir.

BİKİNİ SAHƏSİNİN LAZER EPİLYASİYASI ZONALARI

İlk olaraq qeyd etmək lazımdır ki, bikini zonasının epilyasiyası müəyyən növlərə bölünür. Beləliklə, bikini xəttinin epilyasiyası və dərin bikini epilyasiyası mövcuddur ki, bu metod intim zonalarda tüklərin tam şəkildə aradan qaldırılmasını nəzərdə tutur. Hansı növ epilyasiyanı seçmək lazımdır? Təbii olaraq, bu, yalnız sizin şəxsi istəklərinizdən asılıdır. Bikini zonası daimi qulluğa ehtiyac duyur, çünki bu zonanın dərisi çox incə və həssasdır. Siz “Lumenis” lazer epilyasiyası və kosmetologiya Mərkəzləri şəbəkəsində prosedurları maksimal sərfəli qiymətə həyata keçirə bilərsiniz. Mərkəzlərimizdə bu prosedurun qiyməti artıq uzun ilərdir ki, dəyişmir və hər bir insan üçün əlverişlidir. Bikini xəttinin lazer epilyasiyasını həyata keçirənlər bu prosedurun tamamilə ağrısız və sadə bir prosedur olduğunu bilirlər. Bundan əlavə, bikini zonasının lazer epilyasiyası mum vasitəsilə epilyasiya və ya şuqarinq kimi dərinin həssaslığına və qıcıqlanmasına səbəb olmur. Həmçinin, mum vasitəsilə epilyasiya proseduru hamıya uyğun deyil, tüklərin dərinin altına bitməsinə səbəb olur və bikini zonasının lazer epilyasiyası kimi effektiv deyil.

Lazer epilyasiyası zonalarının təsviri

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

DƏRİN BİKİNİ ZONASININ LAZER EPİLYASİYASININ ÜSTÜNLÜKLƏRİ

Diqqət yetirin ki, dərin bikini zonasının lazer epilyasiyası mübahisə edilməyən üstünlüklərə malikdir: tüklərin aradan qaldırılmasının digər metodları ilə müqayisədə prosedur zamanı komfort, təhlükəsizlik və effektivlik. Nəticə artıq birinci seansdan sonra göz önündə olacaq və inanın ki, gözlədiyinizidən də üstün nəticə əldə etmiş olacaqsınız.

BIKINI ZONASININ LAZER EPILYASIYASININ EFFEKTI

Bikini zonasının lazer epilyasiyası bir çox üstünlüklərə malikdir, çünki artıq ilk seansda siz 15 – 40% arzuolunmaz tüklərdən azad olmuş olacaqsınız, tüklərin bitdiyi zonada qara nöqtələr və qızartılar aradan qaldırılacaq. Bundan əlavə, bu incə zonada dəriniz hamar və zərif olacaq.

Prosedurların sayını həkim hər müştəri üçün fərdi şəkildə müəyyən edir, lakin, orta kurs 4 – 8 prosedurdan ibarət olmalıdır. Prosedurlar arasında interval 6 – 8 həftə arası dəyişir, hər növbəti seansdan sonra isə təxmini 2 həftə artır.

OPTIMAL VƏ EFFEKTIV HƏLL

Hal-hazırda lazer epilyasiyası bədənin istənilən sahəsində arzuolunmaz tüklərin aradan qaldırılmasının ən optimal və effektiv metodudur. Bundan əlavə, bu metod tüklərin birdəfəlik aradan qaldırılmasına gətirib çıxaran ən müasir, sürətli və nisbətən ucuz metoddur.

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

HƏYATA KEÇİRİLMƏ ÜSULU

“Lumenis” lazer epilyasiyası və kosmetologiya salonunda bikini zonasının lazer epilyasiyası proseduru ən müasir diodlu lazer vasitəsilə həyata keçirilir. O, ən yüksək effektivliyə malikdir, çünki arzuolunmaz tükləri birdəfəlik aradan qaldırır və mövcud olan tüklərin artımını uzun müddət ləngidir. Prosedurun ağrısız, maksimal komfortlu həyata keçirilməsini təmin edən keyidici tətbiqi isə bu prosedurun daha bir üstünlüyüdür. Hal hazırda lazer epilyasiyası qədər ikinci optimal və effektiv prosedur mövcud deyil. bu prosedur Sizin vaxtınıza qənaət etməklə yanaşı, maksimal uzun müddət ərzində arzuolunmaz tüklərdən azad olmaq imkanını yaradır.

GÖSTƏRİŞLƏR

  • Həddindən artıq tük örtüyü
  • Bikini zonasında tüklərin çoxluğundan yaranan narahatlıq
  • Dəriyə bitmiş tüklər
  • Bikini zonasında həssaslıq və qıcıqlanma

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü

Lumenis LightSheer DESIRE
Lumenis LightSheer ET

BIKINI SAHƏSININ LAZER EPILYASIYASI

Zaman
Zona prosedur
Qiymət Lumenis ET
20 dəq Səthi bikini 20 man
10 dəq Ekstra bikini 15 man
20 dəq Dərin bikini-Q 25 min
20 dəq Dərin bikini-K 30 man
15 dəq Pubis-K 15 man
10 dəq Pubis-Q 10 man
10 dəq Yan arası 10 man
10 dəq üçün təkan 0.50 man
Anesteziya +10% Prosedurun dəyəri
Zaman
Zona prosedur
Qiymət Lumenis DESIRE
20 dəq Səthi bikini 25 man
10 dəq Ekstra bikini 20 man
20 dəq Dərin bikini-Q 30 min
20 dəq Dərin bikini-K 35 man
15 dəq Pubis-K 20 man
10 dəq Pubis-Q 15 man
10 dəq Yan arası 15 man
10 dəq üçün təkan 1.00 man
Anesteziya +10% Prosedurun dəyəri