Üzün lazer epilyasiyası – üzdə mövcud olan arzuolunmaz tüklərin probleminin həlli üçün ən effektiv həll yoludur. Biz üzümüzə xüsusi diqqət yetiririk, kosmetologiyanın yeniliklərindən istifadə edirik və üzə qulluq vasitələrinin yaranmasını diqqət mərkəzində saxlayırıq. Nəmləndirmə, qidalandırma, cavanlaşdırma, ideal makiyaz – bir çox gözəllik vasitələrindən istifadə edirik. Lakin, üzdə arzuolunmaz tüklərin yaranması bütün səylərimizi məhv edə bilər. “Lumenis” Mərkəzində üzün lazer epilyasiyası metodunu istifadə edərək, Siz arzu etdiyiniz nəticəni əldə edəcəksiniz. Üzdə tüklər hansı səbəbdən yaranır? Orqanizmdə mübadilə proseslərinin pozulması, müxtəlif həyat dövrlərində hormonal fonun pozuntuları qadının üzündə tüklərin yaranmasına səbəb ola bilir. Adətən, tüklər üst dodağın üstündə və çənə nahiyəsində daha çox əmələ gəlir. Təbii ki, bu, qeyri estetik görünür. Üzdə lazer epilyasiyası proseduru Sizə özünüzə əminlik hissini qaytaracaq, effekt isə uzunmüddətli və davamlı olacaq.

ÜZ TÜKLƏRİNİN LAZER VASİTƏSİLƏ ARADAN QALDIRILMASI – MÜASİR METOD

Lumenis Light Sheer ET ve Lumenis Light Sheer Dersire diodlu lazer kimi ən yeni avadanlığın tətbiqi ilk seansdan həssas zonalarda arzuolunmaz tüklərdən azad olmaq imkanını verir. Onun yüksək effektivliyi təcrübədə sübut olunmuşdur.

Bu proseduru seçməklə Siz aşağıda qeyd olunan problemləri asanlıqla həll etmiş olacaqsınız:

  • Dəridə qıcıqlanma və qızartı
  • Dəriyə bitmiş tüklər
  • Üz nahiyəsində arzuolunmaz tüklərin əmələ gəlməsi

üz lazer epilYAsiyasinin təsViri

ƏN YAXŞI NƏTICƏ VƏ EFFEKTIN DAVAMLILIĞI

Artıq ilk prosedurdan sonra Siz tüklərin dərinin altında çıxması problemini birdəfəlik unudacaqsınız. Bundan əlavə, arzuolunmaz tüklərin təxmini 30% birdəfəlik ləğv olacaq. Tam kursdan sonra siz üz nahiyəsində daimi diskomfort və xoşagəlməz hisslər yaradan tüklənmə kimi problemi ümumiyyətlə xatırlamayacaqsınız. Hansı səbəbdən birinci prosedurdan sonra 100% - lik nəticəyə zəmanət verilmir? Bu sual mütəxəssislərimizə daim veririlir, çünki müştərilərimizi narahat edən məsələdir. Lazer aktiv artım mərhələsində olan folikulları parçalayır. Qeyri aktiv olan soğanaqları o, yalnız növbəti seanslar zamanı parçalayacaq.

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

YALNIZ EFFEKTİVLİK

Sizin üçün maksimal müsbət nəticəni təmin etmək məqsədilə “Lumenis” lazer epilyasiyası və kosmetologiya Mərkəzində yeni avadanlıq istifadə olunur ki, onun vasitəsilə soğanaq əvvəlcə isidilir, sonra isə parçalanır, və bir daha heç vaxt çıxmır. “Lumenis” lazer epilyasiyası və kosmetologiya Mərkəzində lazer epilyasiyasının effektivliyi və etibarlılığı çoxsaylı müştərilərimiz tərəfindən sınanılmışdır. Bu proseduru həyata keçirmək qərarına gəldiyinizdə, diqqət yetirin ki, lazer sarı və ağarmış tüklərə təsir göstərmir.

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü

Lumenis LightSheer DESIRE
Lumenis LightSheer ET

ÜZÜN LAZER EPILYASIYASI

Zaman
Zona prosedur
Qiymət Lumenis ET
10 dəq Dodaq üstü 5 man
10 dəq Çənə 5 man
20 dəq Üz 20 man
10 dəq Alın 5 man
10 dəq Qaşların arası 3 man
10 dəq Gicgah 7 man
10 dəq Qulaqlar 5 man
20 dəq Boyun (ön və ya arxa) 10 man
20 dəq Yanaqlar + gicgah 10 man
15 dəq Yanaqlar 7 man
20 dəq Qaşlar 5 man
10 dəq Burun 5 man
10 dəq üçün təkan 0.50 man
Anesteziya +10% Prosedurun dəyəri
Zaman
Zona prosedur
Qiymət Lumenis DESIRE
10 dəq Dodaq üstü Yalnız ET
10 dəq Çənə 7 man
20 dəq Üz 25 man
10 dəq Alın Yalnız ET
10 dəq Qaşların arası Yalnız ET
10 dəq Gicgah Yalnız ET
10 dəq Qulaqlar Yalnız ET
20 dəq Boyun (ön və ya arxa) 15 man
20 dəq Yanaqlar + gicgah 12 man
15 dəq Yanaqlar 10 man
20 dəq Qaşlar Yalnız ET
10 dəq Burun Yalnız ET
10 dəq üçün təkan 1.00 man
Anesteziya +10% Prosedurun dəyəri