Gözəl cinsin hansı nümayəndəsi ayaqlarında arzuolunmaz tüklərdən azad olmaq istəməz? Axı gözəl, təmiz ayaqlar hal hazırda hamının can atdığı müasir qadının ideal obrazının ayrılmaz hissəsidir Ülgüclərin dövrü keçmişdə qalır. Hal-hazırda bədənin istənilən sahəsində arzuolunmaz tüklərin aradan qaldırılmasının ən effektiv və etibarlı müasir metodu şübhəsiz ki, lazer epilyasiyasıdır. Bu metodun digər metodlarla müqayisədə üstünlükləri həddsizdir. Birincisi, tüklərin dərinin altında çıxaraq, dəriyə bitməsi riski yoxdur. İkincizi, təhlükəsiz və ağrısız prosesdir. Seans zamanı müştərinin özünü komfortlu hiss etməsi üçün müxtəlif ağrısızlaşdırma üsulları tətbiq olunur. Beləliklə də Siz, nəhayət, bu problemdən birdəfəlik azad olursunuz! Heç bir fəsadsız. “Lumenis” heyəti Sizin Mərkəzimizdə keçirdiyiniz vaxtın maksimal xoş və unudulmaz olması üçün maksimum səy göstərirlər.

Lazer epilyasiyası zonalarının təsviri

PROSEDUR NECƏ HƏYATA KEÇIRILIR?

Lazer epilyasiyası seansı işığın tükün soğanağında mövcud olan melaninə təsirinə əsaslanır. Hər follikulun lazer vasitəsilə işlənməsi zaman ətraf dəri qıcıqlanmır, lakin, bir qədər qızara bilər. Tüklərdən tamamilə azad olmaq üçün 5 – 10 seans tələb olunur. Bu seanslar müəyyən interval ilə təkrarlanır. Artıq ilk prosedurdan sonra effekti görəcəksiniz, çünki tüklərin 20% ilk seansdan sonra ləğv olur. Prosedurun həyata keçirilməsindən əvvəl hər müştərini təcrübəli həkim konsultasiya edir və onu bütün əks göstərişlərlə tanış edir. Həmçinin, həkim dərinin və tüklərin növünü müəyyən edir və aparatın fərdi parametrlərini seçir. Diqqət yetirin ki, prosedurdan sonra dərinizdə yüngül qızartı əmələ gələcək. Buna görə narahat olmağa dəyməz, çünki dərinin adi reaksiyasıdır və 2 saat ərzində keçəcəkdir. İstənilən digər prosedur kimi, ayaqların lazer epilyasiyası müəyyən əks göstərişlərə malikdir. Artıq tüklərsiz hamar dəri – hər bir qadının arzusudur. Bu mərhələdə yalnız lazer epilyasiyası sayəsində Siz arzunuzu reallığa çevirə bilərsiniz. Ayaqların lazer epilyasiyası bir neçə prosedurdan sonra hamar ayaqlara nail olmaq imkanını təmin edəcək.

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

PEŞƏKARLAR KOMANDASI

İşimizin keyfiyyətinə zəmanəti peşəkar, ixtisaslaşmış işçi heyətimiz və yüksək keyfiyyətli qabaqcıl avadanlıq verir. Mərkəzlərimizdə istifadə olunan Lumenis Light Sheer ET və Lumenis Light Sheer Desire diodlu lazer lazer kosmetologiyası bazarında son yenilikdir. O, minimal prosedur sayı ərzində maksimal keyfiyyəti təmin edir. Mərkəzimizdə istər daimi müştərilərimiz üçün, istərsə də, bizə yeni müraciət edənlər üçün mütəmadi olaraq yeni aksiyalar keçirilir. Daimi endirimlər və bonuslar sistemi şirkətimizin daha bir üstünlüyüdür. “Lumenis” Mərkəzimizə xoş gəlmişsiniz!

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü

Lumenis LightSheer DESIRE
Lumenis LightSheer ET

AYAQLARIN LAZER EPILYASIYASI

Zaman
Zona prosedur
Qiymət Lumenis ET
60 dəq Ayaqlar-Q 50 man
60 dəq Ayaqlar-K 60 man
30 dəq Baldırlar(dizlə) 30 man
30 dəq Baldırlar (dizsiz) 25 man
10 dəq Dizlər 7 man
30 dəq Budlar (ön,arxa və ya icəri hissə) 10 man
30 dəq Budlar 35 man
10 dəq Ayaq barmaq 5 man
20 dəq Yan əzələ-Q 10 man
20 dəq Yan əzələ-K 15 man
10 dəq üçün təkan 0.50 man
Anesteziya +10% Prosedurun dəyəri
Zaman
Zona prosedur
Qiymət Lumenis DESIRE
60 dəq Ayaqlar-Q 60 man
60 dəq Ayaqlar-K 70 man
30 dəq Baldırlar(dizlə) 35 man
30 dəq Baldırlar (dizsiz) 30 man
10 dəq Dizlər 7 man
30 dəq Budlar (ön,arxa və ya icəri hissə) 15 man
30 dəq Budlar 40 man
10 dəq Ayaq barmaq 7 man
20 dəq Yan əzələ-Q 15 man
20 dəq Yan əzələ-K 20 man
10 dəq üçün təkan 1.00 man
Anesteziya +10% Prosedurun dəyəri