Qolaltı zonanın lazer epilyasiyası istər estetik aspekti, istərsə də şəxsi gigiyena məsələsini həll edir. Bu prosedur Sizə qolaltı zonada xoşagəlməz qoxudan azad olmaq imkanını yaradacaq. Əksər hallarda bu zonada kifayət qədər sıx tük örtüyü mövcud olur. Bundan əlavə, tər vəzilərinin yerləşməsi bakteriyaların artması üçün əlverişli şərait yaradır, beləliklə də, xoşagəlməz qoxu yaranır və həddindən artıq tərləmə baş verir.

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

QOLALTI ZONADA TÜKLƏRİ BİRDƏFƏLİK UNUDUN

Qolaltı zonada tüklərin çıxması səbəbindən diskomfortdan azad olmaq üçün bu zonada tükləri qırxmağa alternativ metod tapmaq lazımdır. Təsəvvür edin ki, siz daha qıcıqlanma, qaşınma his etməyəcəksiniz və qolaltı zonanın incə dərisini ülgüclə zədələməyəcəksiniz. Qolaltı zonada tüklərdən azad olmaq – müasir kosmetologiyada yenilik sayəsində reallığa çevrilmişdir. Gündəlik diskomfortdan azad etməklə vaxtınıza qənaət edə biləcək metod mövcuddur. Bu, - qolaltı zonanın lazer epilyasiyasıdır ki, bu prosedur sizin həyatınızı əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Diqqət yetirin ki, qolaltı zonası – yeni lazer metodologiyası vasitəsilə tüklərin aradan qaldırılması üçün ən əlverişli zonalardan biridir. Bu metodu tətbiq edərək, artıq birinci prosedurdan sonra tüklərin həcminin əhəmiyyətli dərəcədə azalmasını qeyd edəcəksiniz. Bundan əlavə, bədənin bu sahəsi üçün nisbətən az sayda seans tələb olunur, çünki qolaltı zonanın lazer epilasiyası xüsusi effektivliyi ilə fərqlənir.

Lazer epilyasiyası zonalarının təsviri

EFFEKT NECƏ OLACAQ?

Artıq birinci prosedurdan sonra, daha sonra isə tam kurs başa çatdıqda Siz lazer epilyasiyasının effektini qeyd edəcəksiniz:

  • Dəriyə bitən tüklər problemi aradan qalxmış olacaq
  • Qırxma prosedurundan sonra tez – tez baş verən qızarma, qıcıqlanma, qaşınma kimi xoşagəlməz hallardan azad olacaqsınız
  • Qırxma prosedurundan sonra qalan qara nöqtələri birdəfəlik unudacaqsınız
  • Dərinic incə, yumşaq və hamar olacaq
  • Birinci prosedurdan sonra qolaltı zonanın təxminən 30% tükləri birdəfəlik aradan qaldırılmış olacaq

Qolaltı zonanın lazer epilyasiyası arzuolunmaz tüklərin aradan qaldırılması üzrə ən effektiv prosedur hesab olunur. Follikullar diodlu lazerin enerjisinin təsirindən məhv olunur. Bu prosedur müştəri üçün kifayət qədər komfortludur, lakin, müştərinin istəyi ilə ağrıkəsici gel istifadə etmək olar. Tüklərin tam və uzunmüddətli aradan qaldırılması üçün cəmi 5 – 7 seans tələb olunur.

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü

Lumenis LightSheer DESIRE
Lumenis LightSheer ET

QOLALTI ZONANIN LAZER EPILYASIYASI

Zaman
Zona prosedur
Qiymət Lumenis ET
10 dəq Qolaltı –Q 10 man
10 dəq Qolaltı –K 15 man
30 dəq Qollar (dirsəyə qeder) –Q 25 man
30 dəq Qollar (dirsəyə qeder)- K 30 man
30 dəq Qollar –Q 35 man
40 dəq Qollar- K 40 man
10 dəq üçün təkan 0.50 man
Anesteziya +10% Prosedurun dəyəri
Zaman
Zona prosedur
Qiymət Lumenis DESIRE
10 dəq Qolaltı –Q 15 man
10 dəq Qolaltı –K 25 man
30 dəq Qollar (dirsəyə qeder) –Q 30 man
30 dəq Qollar (dirsəyə qeder)- K 35 man
30 dəq Qollar –Q 40 man
40 dəq Qollar- K 45 man
10 dəq üçün təkan 1.00 man
Anesteziya +10% Prosedurun dəyəri