Qollar üz və boyun kimi, bədənin açıq hissələrinə aid edilir, bu səbəbdən də, onlar təmiz və cəlbedici görünməlidir. Burada hal hazırda arzuolunmaz tüklərin aradan qaldırılmasında ən effektiv və opimal metod hesab olunan lazer epilyasiyası yardımınıza gələ bilər. Ekologiya problemləri, hormonal dəyişikliklər və genetik irsilik səbəbindən bəzi qadın və kişilərdə qollarda tüklər kifayət qədər həcmlidir. Təbii ki, kənardan bu, o qədər də gözəl görünmür. Qollarınızı maksimal hamar etmək, tüklərdən azad olmaq və qollarınızın xarici görünüşünü daha da gözəlləşdirmək üçün bu problemin öhdəsindən gələ biləcək müasir prosedurdan istifadə edin. Bu – digər metodlardan maksimal effektivliyi və uzunmüddətli nəticələri ilə fərqlənən lazer epilyasiyasıdır.

Lazer epilyasiyası zonalarının təsviri

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

ƏSAS ÜSTÜNLÜKLƏR

“Lumenis” lazer epilyasiyası və kosmetologiya Mərkəzi sayəsində Siz arzuolunmaz tüklərin yaratdığı diskomfortu həmişəlik unudacaqsınız, eləcə də, əsl hamarlığın nə olduğunu hiss edəcəksiniz. Mərkəzimizdə ən yeni avadanlıq istifadə olunur və ən müasir texnologiyalar tətbiq olunur. Qollarda tüklərin aradan qaldırılmasını istər biləkdən dirsəyə qədər, istərsə də, dirsəkdən çiyinə qədər həyata keçirmək olar. Statistikaya əsasən bu cür prosedura kifayət qədər tələbat mövcuddur, çünki Sizin üçün bu zonada arzuolunmaz tüklər problemini uzun müddət unutmaq imkanını yaratmağa qadirdir. Lazer epilyasiyasının tam kursunu keçərək, Siz tüklərdən uzun müddət azad olacaqsınız və bu zaman yalnız ildə 1 – 2 dəfə korreksiya etməyiniz kifayət edəcək.

Siz özünüzü bizim peşəkarlara etibar edə bilərsiniz. Həkimin hər bir müştəriyə fərdi yanaşması və Mərkəzimizdə tətbiq olunan müasir texnologiyalar proseduru keyfiyyətli şəkildə və müştəri üçün maksimal komfortla həyata keçirmək imkanını verir.

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü

Lumenis LightSheer DESIRE
Lumenis LightSheer ET

QOLLARIN LAZER EPILYASIYASI

Zaman
Zona prosedur
Qiymət Lumenis ET
10 dəq Qolaltı –Q 10 man
10 dəq Qolaltı –K 15 man
30 dəq Qollar (dirsəyə qeder) –Q 25 man
30 dəq Qollar (dirsəyə qeder)- K 30 man
30 dəq Qollar –Q 35 man
40 dəq Qollar- K 40 man
10 dəq üçün təkan 0.50 man
Anesteziya +10% Prosedurun dəyəri
Zaman
Zona prosedur
Qiymət Lumenis DESIRE
10 dəq Qolaltı –Q 15 man
10 dəq Qolaltı –K 25 man
30 dəq Qollar (dirsəyə qeder) –Q 30 man
30 dəq Qollar (dirsəyə qeder)- K 35 man
30 dəq Qollar –Q 40 man
40 dəq Qollar- K 45 man
10 dəq üçün təkan 1.00 man
Anesteziya +10% Prosedurun dəyəri