Belin, sinənin və qarın nahiyəsinin lazer epilyasiyası kişilər arasında arzuolunmaz tüklərin aradan qaldırılmasının getdikcə məşhur metoduna çevrilir. Kişilərdə bel, qarın və sinə nahiyələrində tüklərin çıxmasının necə diskomfort yaratması hamıya məlumdur. Həmçinin, bu, gigiyenaya riayət etməyə də maneə törədir. Bəzi kişilər bel, qarın və sinə nahiyələrində tüklərin həcmli şəkildə çıxması səbəbindən yay vaxtlarında açıq maykalar geyinməyə utanırlar. Artıq bir çox kişilər də “Lumenis” lazer epilyasiyası və kosmetologiya Mərkəzinin müştərilərinə çevrilmişlər.

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ

Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

LAZER EPİLYASİYASI EFFEKTİVDİR!

İdmançıların, fotomodellərin və adi özünə fikir verən kişilərin bədənində arzuolunmaz tük örtüyü ola bilməz. Lazer epilyasiyasından sonra dərinin alrtında çıxan tüklər, qıcıqlanma və diskomfort hissi yoxdur. Kişilərdə bel, qarın və sinə nahiyələri epilyasiya olunan zonanın kifayət qədər böyüklüyü ilə fərqlənir, bu səbəbdən də mum kimi ağrılı metodları tətbiq etmək kifayət qədər problemlidir. Kənar şəxslərin köməyi olmadan isə ülgüclə bel tüklərini qırxmaq çətindir, bu cür xahişlə hər dəfə kiməsə müraciət etmək də düzgün deyil.

Lazer epilyasiyası zonalarının təsviri

NECƏ PROSEDUR TƏLƏB OLUNUR?

Tüklərin effektiv şəkildə aradan qaldırılması üçün orta hesabla 8 prosedurdan ibarət kurs keçmək lazımdır. Hər prosedurdan sonra tüklər 30% ləğv olunur, çünki lazerlə təsir zamanı yalnız aktiv inkişaf mərhələsində olan tükün follikulu parçalanır. Lazer epilyasiyası nisbətən ağrısız prosedurdur. Diskomfortun daha da aradan qaldırılması üçün Lumenis Light Sheer ET diodlu lazerə soyuducu yaqut linza, Lumenis Light Sheer Desire isə vakumlu başlıq quraşdırılmışdır ,ağrıya qətiyyən dözməyənlər isə keyidici istifadə edə bilər.

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR

Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR

  • İnfeksion xəstəliklər
  • Şəkərli diabet (insulin qəbulu)
  • Şiş xəstəliklər
  • Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
  • İmmun sisteminin xəstəlikləri
  • Sarı rəngli, ağarmış tüklər
  • Dermatoloji xəstəliklər
  • Hamiləlik və laktasiya dövrü

LİDERLƏRƏ ETİBAR EDİN!

Ali tibbi təhsilə və xüsusi ixtisaslaşmaya malik olan peşəkarların bacarıqlı əllərində lazer epilyasiyası tamamilə ağrısız və kifayət qədər effektiv metoddur. Bu metoddan istifadə etməyi qərara alarkən Siz yaxşı nüfuza, estetik kosmetologiya sahəsində uzunmüddətli iş təcrübəsinə və keyfiyyətli servisə malik olan klinikanı seçirsiniz. Bu, prosedurun əla nəticəsinə nail olacağınızın təminatıdır.

Lumenis LightSheer DESIRE
Lumenis LightSheer ET

BELIN, SINƏNIN VƏ QARIN NAHIYƏSININ LAZER EPILYASIYASI

Zaman
Zona prosedur
Qiymət Lumenis ET
10 dəq Dekolte 15 man
20 dəq Çiyin-Q 20 man
30 dəq Çiyin-K 25 man
10 dəq Göbək ətrafı 10 man
30 dəq Sinə-K 30 man
20 dəq Qarın-K 30 man
20 dəq Qarin-Q 25 man
10 dəq Bel ətrafı 10 man
10 dəq Süd vəzi ətrafları 10 man
40 dəq Kürək-Q 45 man
40 dəq Kürək-K 55 man
10 dəq üçün təkan 0.50 man
Anesteziya +10% Prosedurun dəyəri
Zaman
Zona prosedur
Qiymət Lumenis DESIRE
10 dəq Dekolte 20 man
20 dəq Çiyin-Q 25 man
30 dəq Çiyin-K 30 man
10 dəq Göbək ətrafı 15 man
30 dəq Sinə-K 35 man
20 dəq Qarın-K 35 man
20 dəq Qarin-Q 30 man
10 dəq Bel ətrafı 15 man
10 dəq Süd vəzi ətrafları 13 man
40 dəq Kürək-Q 55 man
40 dəq Kürək-K 60 man
10 dəq üçün təkan 1.00 man
Anesteziya +10% Prosedurun dəyəri